Eli Kohen: Azərbaycan İsrailin strateji tərəfdaşıdır  
    
                         
     
                         29.03.2023
 
    
                        Azərbaycan İsrailin strateji tərəfdaşıdır.
APA-nın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Nazir bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir.
"30 il ərzində biz dərin münasibətlərdən həzz almışıq”, - Eli Kohen qeyd edib.