26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Məmmədov: “ Cinayətdə istifadə edilən silah da, onun vətəni də bəllidir”

29.03.2023

Milli Məclisin deputatı Fazil Mustafa gecə saatlarında yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Baku TV-də yayımlanan "Baku Analitik” verilişinin qonaqları - millət vəkilləri Hikmət Məmmədov və Sahib Alıyev F.Mustafaya edilən sui-qəsdin səbəbi haqqında müzakirələr aparıblar.

H.Məmmədov qeyd edib ki, millət vəkilinə evinin qarşısında güllə atmaq terror aktıdır:
"Cinayəti törədərkən istifadə edilən silah da, onun vətəni də bəllidir. Terror üslubunun kimə aid olması haqqında da versiyalarımız var”.

S.Alıyevin sözlərinə görə isə həmkarının çiynindən və ayağından yaralanması silahlı hücumun məqsədinin hədə-qorxu gəlmək olmadığını göstərir.