01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orqanlar üzrə donor gözləyən 500-ə yaxın xəstə var

28.03.2023

Orqanlar üzrə donor gözləyən xəstələrin sayı açıqlanıb.

Bu barədə  Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova məlumat verib. Onun sözlərinə görə, növbədə gözləyən 500-ə yaxın xəstə var:

"Onların daha çoxu böyrək xəstələridirlər. On illərdir ki, dializdə olan xəstələrimiz var, hələ də gözləyirlər, amma donorları yoxdur. Ola bilsin, yaxın qohumlarından kimsə donor olmaq istəyir, amma uyğunluq gəlmir. Burada, birinci, qan qrupu, ikinci isə, toxuma uyğunluğu çox önəmlidir. Əks halda donor olmaq mümkün deyil. Belə olduqda isə donor gözləyən şəxslər illərlə növbədə gözləməli olurlar. Onlar normal işləyə, oxuya bilmirlər. Həftədə 3 dəfə 4 saat dializdə olurlar. Onlar arasında gənclər, uşaqlar da var və həmin şəxslər gözləyə-gözləyə həyatlarını itirirlər, çünki donor yoxdur. Qohumluq əlaqələri olmadan yad bir insan üçün donor olmaq böyük humanizm, güclü şəfqət hissinə bağlı bir şeydir”.

Yeganə Abbasova qeyd edib ki, sümük iliyinə şamil olunmasa da, böyrəyindən birini, qaraciyərinin bir parçasını verən insanlarda zəif zəncir əmələ gəlir:

"Həmin şəxs özü pisləşə bilər. Bu halda orqan bağışlamış adamın gələcəkdə transplantasiya əməliyyatına ehtiyacı olarsa, növbədə gözləməyəcək və orqan tapıldığı halda birinci ona veriləcək”.