İnquşetiyada yol polisinə qarşı silahlı hücumun görüntüləri - VİDEO 
    
                          
     
                         28.03.2023
 
    
                        Bu gecə Rusiyanın İnquşetiya Respublikasında yol-patrul xidmətinin blok-postuna olan silahlı hücumun görüntüləri yayılıb.
Qeyd edək ki, hadisə İnquşetiyanın Nazran rayonu ərazisində baş verib.
Naməlum şəxslərin blok-postu atəşə tutması nəticəsində iki polis əməkdaşı yaralanıb.
Hazırda cinayəti törədən şəxslərin axtarışı həyata keçirilir.
Mənbə: "Mash” "Telegram” kanalı