Ümrə ziyarətçiləri qəzaya düşüb, 20 nəfər ölüb  
    
                          
     
                         28.03.2023
 
    
                        Səudiyyə Ərəbistanında Yəməndən olan Ümrə ziyarətçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 20 sərnişin həyatını itirib, 29 nəfər yaralanıb.
"DM" xəbər verir ki, qəza Abha və Muhayıl Asir şəhərləri arasında baş verib.
Məlumata görə, əyləc sistemində yaranan nasazlıq səbəbindən avtobus körpüyə çırpılıb və nəticədə dəhşətli faciə baş verib.