01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranlılar kapitallarını Türkiyəyə daşıyır

28.03.2023

Türkiyədə baş verən dəhşətli zəlzələyə baxmayaraq, cari ilin ilk iki ayı ərzində iranlıların Türkiyədə ev və daşınmaz əmlak alma halları artmaqda davam edib.

"DM" xəbər verir ki, bu barədə İran mediası Türkiyə Dövlət Statistika Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, iranlılar yanvar ayında 526, fevral ayında isə 446 ev almaqla Rusiyadan sonra Türkiyə Cümhuriyyətində bu sahədə ikinci yeri tutublar.

"İranda mənzil bazarının misli görünməmiş tənəzzülə uğradığı və maliyyə bazarlarının iqtisadi böhrandan təsirləndiyi bir vaxtda Türkiyəyə kapital axınının intensivləşdiyi müşahidə olunur”, - İran mediası yazıb.