07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üzeyir Hacıbəyli: "Tüklərim biz-biz oldu" - TARİX

09.11.2018

Parlamanımız açıldı, gördük. Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi.
"Dövran Media" xəbər verir ki, bu sözlər Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəylinin AXC-nin parlamentinin açılışı ilə bağlı yazdığı yazıda, üçrəngli bayrağımız haqqında qeydindəndir. Həmin vaxt Üzeyir bəy dövlət bayrağımızın necə böyük əhəmiyyət daşıdığını bu sözlərlə təsvir edirdi:
"Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi... Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə "Bu bayraq endiriləməz!” dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”