01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirib

28.03.2023

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərdəki nəzir qutularına nəzarətin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirib.

Dövlət Komitəsindən  bildirilib ki, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”, - məlumatda deyilir.