29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb

27.03.2023

 "Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub”.

"DM”-nın xəbərinə görə, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib.

O bildirib ki, Talış kəndindəki uşaq bağçasında da bu gündən tədrisə başlanılıb:
"Ümumilikdə 78 şagird yerlik məktəbdə müxtəlif yaş qruplarından olan 24 şagird təhsilə cəlb edilib. Biz 15 nəfərlik müəllim kollektivi ilə tədris prosesini icra etməkdəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində olarkən tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.