29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN Ramazan ayında dələduzluqla bağlı xəbərdarlıq edib

27.03.2023

Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

"DM" sözügedən xəbərdarlığın mətnini təqdim edir:

"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik”.