29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı ekspertlər: “Ermənistanın bu addımı Rusiya üçün təhqirdir”

27.03.2023

Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa məhkəməsinin Vladimr Putinin həbsi ilə bağlı qərarını ölkə konstitusiyasına uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb. 

Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistanın məlum qərarının rəsmi İrəvanla müzakirə olunacağını açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiya üçün çox təhqiredicidir.

"Bu o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək bu, Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif dövrlərdə, müxtəlif vəziyyətlərdən xilas edib”.
Daha ətraflı İTV-nin süjetində: