29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yevlax rayonunda polis əməliyyat keçirib- FOTO

27.03.2023

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə baxış keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.  

Bundan başqa son tədbirlər zamanı daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə bir kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.