06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İncəsənət və media nümayəndələri Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində - FOTOLAR

09.11.2018

9 Noyabr Bayraq Günü münasibəti ilə Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində incəsənət nümayəndələri qonaq olublar.
"Dövran Media"nın məlumatına görə Bayraq Günü münasibətilə redaksiyanın əməkdaşları, Azərbaycanın ədəbiyyat, incəsənət nümayəndələri,  Lider Tv-də yayımlanan "Adını Sən Söylə" proqramının aparıcısı Səbuhi Zaman, "Abşeron" musiqi qrupunun solisti və bədii rəhbəri Şəhriyar Məhərrəmov və qurupun digər üzvləri, avropada yaşayan vətənpərvər həmyerlilərimiz, o cümlədən tanınmış ictimai fəal, Çexiya vətəndaşı Zamiq Məmmədli Zəngilan rayon Tarix Diyarşünslıq Muzeyini ziyarət ediblər. 
Zəngilan muzeyi Masazır qəsəbəsində məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün inşa edilmiş Zəngilan şəhərciyi yaşayış kompleksində yerləşir. Zəngilan rayonunda işğaldan əvvəl 3 muzey fəaliyyət göstərib. Zəngilan rayon tarix diyarşünaslıq muzeyi, xalqlar dostluğu muzeyi, daş heykəllər muzeyi. Lakin işğaldan sonra muzey  bir müddət fəaliyyətini dayandırıb. 2013-cü ildə  aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə muzeyin açılışı olub və üç muzey birləşərək yenidən fəaliyyətini bərpa edib. Muzey eksponatları zəngilanlıların muzeyə hədiyyə etdiyi əşyalarla zəngindir.  Muzey eksponatlarının sayı 400 dən çoxdur.
Muzeydə Zəngilanı əks etdirən fotoşəkillər rayonun gözəl guşələrini, eksponatlar isə zəngilanlıların milli  məişət həyatını əks etdirir. Mis qazanlar, məcməyilər, səhənglər, gümüş kəmərlər, numizmatika nümunələri (qədim pullar), xəncər, ov tüfəngi (1874-cü il) və başqa qədim tarixi olan əşyalar muzeydə sərgilənir.
 Zəngilanda Vejnəli qızıl yatağı olub. Hal hazırda muzeydə həmin qızıl yatağından çıxarılan çox qiymətli daşlar mühafizə olunur. Həmin daşların ikisinin tərkibində qızıl var. Qızıl tərkibli daşlardan başqa digər daşlar da çox qiymətlidir.
Muzey ekspozisiyasında həmçinin zəngilanlıların rayon dövründə əl əməyi olan,  nar, soğan qabığı, qoz qabığı kimi təbii boyalardan  istifadə edilərək toxunan, nənələrimizdən miras qalan xalçalar, kilimlər, palazlar da muzeyə hədiyyə olunub. Xalçalarda olan təbii rənglərin ahəngi, naxışları muzeyə gələn qonaqların diqqətini  xüsusi ilə cəlb edir.
Tarix muzeyində olan nehrələr, yun daraqları, cəhrələr, fərməş, örkən və s. kimi qədim tarixə malik olan eksponatlar öz istehsal üsulları, dekorativ tərtibatı baxımından olduqca maraqlı və qiymətlidir. 
Qeyd edək ki, Zəngilan şəhərciyi yaşayış kompleksində yerləşən muzeylə tanış olmaq üçün həftə içi hər gün buraya gələ bilər, eksponatlarla tanış ola bilərsiniz. Ancaq sonda xatirə dəftərində muzeylə və orda görülən işlərlə bağlı arzularınızı qeyd etməyi unutmayın!