29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN-dən İranda itkin düşən Fərid Səfərli barədə açıqlama

27.03.2023

İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlidən məlumat yoxdur.

"DM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, rəsmi Bakı Tehrandan cavab gözləyir:

"Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur".

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.