25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Şurası Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsini qınayıb

25.03.2023

Avropa Şurası (AŞ) Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsini qınayır.

"DM" xəbər verir ki, bunu Avropa İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç "Twitter"də yazıb.

Komissar qeyd edib ki, Fransadakı etirazlar zamanı həm etirazçılara, həmçinin qanun keşikçilərinə qarşı zorakılıq halları baş verib:

"Avropa qitəsinin aparıcı insan haqları müdafiəsi təşkilatı Fransada pensiya islahatlarına qarşı nümayişlərdə hüquq-mühafizə orqanlarının zorakılıq hərəkətlərini pisləyib və buna müxtəlif hüquq müdafiəsi qrupları, solçu siyasətçilər də qoşulub”.

Onun sözlərinə görə, etirazlar zamanı bəzi nümayişçilərin ara-sıra zorakılıq hərəkətləri, digər şəxslər tərəfindən törədilən qınanılması gərəkli olan hərəkətlər, hüquq-mühafizə orqanı əməkdaşlarının həddindən artıq güc tətbiqinə haqq qazandıra bilməz.

"Polisə qarşı yol verilən zorakılıq əməlləri dinc etirazçıları sərbəst toplaşmaq hüququndan məhrum etmək üçün yetərli deyil”, - Miyatoviç bildirib.

Komissar əlavə edib ki, aksiyalar çərçivəsində və ya aksiyadan kənarda dinc etirazçıların, aksiyadakı polis zorakılığını işıqlandıran jurnalistlərin polis və zorakılıq edən şəxslərdən qorunması, etirazçıların azadlıqlarının təmin edilməsi isə hakimiyyətin üzərinə düşən məsələdir.

Qeyd edək ki, son günlər bir sıra insan hüquqları müdafiəsi təşkilatları, məhkəmə hakimləri və solçu siyasətçilər Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırmaq qərarına qarşı etirazlar zamanı qanunsuz həbslər və polisin açıq-aşkar zorakılıq əməlləri ilə bağlı həyəcan təbili çalıblar.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb. Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb, lakin hüquq müdafiəçiləri saxlanılan şəxslərin böyük əksəriyyətini azad edərək bildirib ki, onlara qarşı heç bir ittiham irəli sürülməyib.