Şabranda traktorla qatar toqquşub, 1 nəfər ölüb  
    
                          
     
                         25.03.2023
 
    
                        Martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb.
O hadisə yerində ölüb.
Araşdırma aparılır.