26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaribaşvili: Aksiyaların məqsədi inqilab yolu ilə hakimiyyəti devirmək olub

24.03.2023

Martın 7-8-də Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarının məqsədi inqilab yolu ilə Gürcüstanda hakimiyyəti devirmək olub.

"DM" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində keçirilən dinləmədə deyib.

Baş nazir qeyd edib ki, "beşinci kolon" və onun rəhbərlik etdiyi ekstremist, anarxist qüvvələr hakimiyyəti devirməyə çalışsa da "hakimiyyət öz müdrikliyi və gücü ilə zorakı hərəkətləri dəf edib və hər kəsə layiqli yer verib”.

Qaribaşvili Avropa Parlamentinin bəzi deputatlarının polisə "Molotov kokteylləri" ilə hücum edilərkən həvəsləndirici bəyanatlar verdiyini xatırladıb: "Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu".