20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İsmayıllıda zəlzələ olub - YENİLƏNİB

24.03.2023

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İsmayıllıdakı zəlzələnin maqnitudası 4,2 bal olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından altı km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 9 km olub.

11:23

İsmayıllıda zəlzələ baş verib.

"DM"-nın məlumatına görə, zəlzələ yerli sakinlər tərəfindən hiss edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda baş verən 5,6 maqnitudalı zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.