30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Xersona gəlib

23.03.2023

Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə səfər edib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram kanalı məlumat yayıb.

"Xerson vilayətinə işgüzar səfərdəyəm. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, hazırda bu kənddə işıq və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir və insanlar öz evlərinə qayıdırlar:

"Yerli sakinlərlə cari məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi”.