29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Si Cinpin Rusiyanın "Sibirin Gücü-2" layihəsini dəstəkləməkdən imtina edib

23.03.2023

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyanın "Sibirin Gücü-2" qaz təchizatı layihəsini dəstəkləməkdən imtina edib.

"DM" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Nəşrin qeyd etdiyinə görə, bu qaz kəməri Monqolustandan keçərək Çinə keçməlidir və bununla da Rusiyanın itirdiyi Avropa bazarını qismən kompensasiya etməlidir.

"Çin liderinin Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin görüş zamanı bütün işlərin görüldüyünü və demək olar ki, kəmərin hazır olduğunu deyib, lakin Cinpin qaz tədarükünü dəstəkləmək öhdəliyini üzərinə götürməkdən imtina edib. Pekin Rusiya qaz təchizatçılarından asılı olmaq istəmədiyini bildirib” – nəşr əlavə edib.