04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tacikistanda yenidən zəlzələ baş verib

23.03.2023

Martın 23-də Tacikistanda 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 144 min insanın yaşadığı Xucənd şəhərindən 96 km cənub-şərqdə yerləşib. Ocağın 8 km dərinlikdə olduğu bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, martın 9-da ölkədə 4,1, daha sonra 4,8 və sonda 5,7 bal gücündə silsilə zəlzələlər qeydə alınıb.

Mənbə: TASS