04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağcabədi sakinindən “Kalaşnikov” avtomatı götürülüb - FOTO/VİDEO

23.03.2023

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən "Kalaşnikov” avtomatı aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub.

Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74” markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.