06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cahangir Hacıyevin yoldaşı azadlığa buraxıldı

08.11.2018

Londonda həbs edilən "Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva azadlığa buraxılıb. 
"Dövran Media" BBC-yə istinadən xəbər verir ki, Londonun Harrods univermağında 16 milyon funt xərcləyən Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. 
55 yaşlı Zamirə Hacıyeva ötən həftə Azərbaycan hökumətinin xahişi ilə London polisi tərəfindən saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı”nın vəsaitini oğurlamaqda ittiham edilib. Zamirə Hacıyevanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs və onun əri pulları qanuni yolla qazanıblar. 
Çərşənbə axşamı Hacıyeva 500 min funt girov məbləğ təklif etsə də, prokuror apellyasiya şikayəti verib. Bu gün isə qadın girov nəticəsində azadlığa buraxılıb.