04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib

22.03.2023

Sosial şəbəkələrdə yayılan görüntüdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.

"DM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.