04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski yenidən Baxmuta gedib

22.03.2023

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı ordunun Baxmut istiqamətində ön mövqelərinə baş çəkib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.

"Mən bu gün burada, ölkəmizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukraynanın dövlətini, suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm", - Zelenski bildirib.

Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib.

Qeyd edək ki, bu gün Donbas separatçıları Baxmutun mühasirəyə alındığını bildirmişdilər.