04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Ümumdünya Su Günüdür

22.03.2023

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

"DM" xatırladır ki, bu il BMT-nin diqqət mərkəzindəki məsələ su və kanalizasiya böhranını həll etmək üçün dəyişikliklərin sürətləndirilməsidir. Qlobal kampaniya insanları sudan istifadə, istehlak və idarə etmə üsullarını dəyişdirmək üçün öz həyatlarında hərəkətə keçməyə təşviq edir.