04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus idmançılar Avropada iştirak imkanını itirib

22.03.2023

Rusiya və Belarus yığmaları bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimində iştirak etməyib və turnirdə mübarizə aparmaq imkanını itirib.

"DM" xəbər verir ki, bu barədə Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko məlumat verib.

"Avroda mübarizə apara bilməyəcəyimizi çoxdan başa düşürük, ona görə də bizsiz keçirilən püşkatma heç də sürpriz olmadı. Ümid edirik ki, bizə iyun ayında Sinqapurda keçiriləcək Asiya çempionatında iştirak etmək imkanı veriləcək. Bu bizim üçün çox vacib dünya çempionatına vəsiqə qazanmaq üçün yeganə şans olacaq”, - baş məşqçi bildirib.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatı aprelin 11-dən 16-dək davam edəcək.