04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəşfiyyat: Rusların Baxmuta hücumu zəifləyib

22.03.2023

Baxmut yaxınlığında rusların hücumu zəifləməyə başlayır, amma buna baxmayaraq şəhərin müdafiəçiləri üçün vəziyyət çətin olaraq qalır.

"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Britaniya kəşfiyyatının məlumatına görə, son günlərdə Ukrayna qüvvələri tədarük üçün vacib olan H-32 magistralında düşmənin təzyiqini azaltmaq üçün Baxmutun qərbində əks-hücuma keçib.

"Şəhərin mərkəzi ətrafında döyüşlər davam edir, ukraynalı müdafiəçilər şimal və cənubdan mühasirəyə alındığı üçün təhlükə altında qalırlar. Bununla belə, Rusiyanın şəhərə doğru hücum sürəti zəifləməyə başlayıb. Bu, həm də bəzi rus bölmələrinin cəbhənin digər bölmələrinə köçürülməsi ilə əlaqədardır”.