04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cənubi Koreya ABŞ ilə ən böyük canlı atəş təlimi keçirəcək

22.03.2023

Koreya Respublikası və ABŞ döyüş sursatları ilə iyun ayında öz tarixlərində ən böyük birgə təlimini keçirməyi planlaşdırır.

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, alyansın 70 illik yubileyinə hazırlıq məqsədilə bağlı tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və "güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb.

Təlimlərdə tərəflərin müasir texnikadan, o cümlədən pilotsuz texnikadan istifadə edəcəyi gözlənilir.
1977-ci ildən yarımadanın cənubunda 10-dan çox belə irimiqyaslı canlı atəş təlimi keçirilib.

Mənbə: Yonhap