04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güneyli vəkil: Bu sistemə son zərbəni Təbriz vuracaq

22.03.2023

İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqlarla qarşılaşıb.

"DM" xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.

O, İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:

"İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycan-Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Ancaq Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər. Bu sistemə son zərbəni Təbriz vuracaq", - güneyli vəkil xəbərdarlıq edib.