04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna XİN: Bu səbəbdən digər şəhərlərimiz təhlükə altına düşə bilər

17.03.2023

Baxhmut şəhərinin itirilməsi Ukrayna Silahlı Qüvvələrinin digər şəhərlər üzərində nəzarətini təhlükə altına qoya bilər.

"DM" xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba bu gün Böyük Britaniyanın BBC kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Baxmutun müdafiəsi həmçinin, emosional baxımdan çox vacibdir, şəhərin itirilməsi həm də ağır mənəvi zərbə vura bilər: "Biz Baxmutun müdafiəsi üçün fiziki cəhətdən bacardığımız qədər döyüşməliyik".

XİN rəhbəri bir daha xatırladıb ki, Ukraynanın Qərb müttəfiqləri hərbi dəstəyin verilməsində kifayət qədər operativlik nümayiş etdirmirlər, çünki onlar Birinci Dünya müharibəsi miqyasında olan bir müharibəyə hazır deyildilər:

"Kiyev müttəfiqlərinin daha sürətli addımlar atmasını istəyir. Ukraynaya Qərbdən artilleriya mərmiləri lazımdır ki, onları ilk növbədə Baxmutdakı ordu bölmələrinə göndərsin”.