16 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANIB

17.03.2023

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı açıqlanıb.

"DM”-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda müxtəlif qanun pozuntularına yol verdikləri üçün polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4 805, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib.
Bildirilib ki, onların biri haqqında qanunauyğun tədbirlər görülüb. Həmin şəxslərdən 258-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalara 352 material göndərilib.