30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MSK nümayəndə heyəti Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

17.03.2023

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il martın 19-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində Məzahir Pənahovun qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyalarının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.