30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Overçuk: "Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq"

17.03.2023

Rusiya Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

"DM" xəbər verir ki, bunu iki ölkənin sərhədindəki "Xanoba" gömrük postunun açılış mərasimində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu gün dünyada baş verənlər iqlim dəyişikliyi, texnoloji və enerji keçidləri ilə əlaqədardır, yeni regionların, kommersiya əlaqələrinin yaranmasına gətirib çıxarır. Bu nüans beynəlxalq nəqliyyatın Şimal-Cənub dəhlizinə də təsir edəcək. Biz bu dəhlizi Azərbaycan və digər ölkələrlə birgə qururuq. Burada artıq avtomobil nəqliyyatı inkişaf edib. Biz bu gün yeni yoldan istifadə etdik, bu infrastruktur artıq hazırdır. Əlavə olaraq Azərbaycanla dəmir yolu infrastrukturunun inkişafına dair danışıqlar davam edir. Azərbaycan artıq dəmir yollarının inkişafına fokuslanan üçtərəfli qrupu qəbul edib. Bu layihə Rusiya-Azərbaycan-İran və Fars körfəzini birləşdirəcək", - deyə o qeyd edib.