30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan komandası Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edə bilər

17.03.2023

Azərbaycan ağırlıqqaldıranları Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirlər.

Bu barədə  Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, artıq beynəlxalq sistemdə iştiraklarını təsdiqləyiblər: "Lakin qarşı tərəflə təhlükəsizliklə bağlı təmaslar olmalıdır. Danışıqlara hələ başlanılmayıb. Prosedur qaydalarına uyğun olaraq, Ermənistan tərəfi təhlükəsizliklə bağlı zəmanət verəcəyi halda, Azərbaycan komandası olaraq Avropa çempionatında iştirak edəcəyik”.

Qeyd edək ki, yarış 15-23 aprel tarixləri aralığında keçiriləcək.