30 03 2023-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
29/03/2023

Novi Pazar şəhərinin meri: Şuşada görülən işlər məni heyrətləndirib

17.03.2023

Novi Pazar ilə Şuşa şəhərinin qardaşlaşması Azərbaycan və Serbiya prezidentlərinin apardığı siyasətin məntiqi davamıdır.

"DM" xəbər verir ki, bunu Serbiya Respublikasının Novi Pazar şəhərinin meri Nihad Bişevaç deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla imzaladığı qardaşlaşma haqqında Anlaşma Memorandumu iki tarixi şəhərin inkişafında çox böyük rol oynayacaq: "Bu, ilk növbədə iki dövlət başçısının – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının rəhbəri Aleksandar Vuçiçin uğurlu qarşılıqlı siyasətinin davamıdır. Şuşanın işğaldan azad olunmasından sonra burada görülən işlər, sözün yaxşı mənasında məni heyrətləndirdi. Şuşanın yenidən qurulmasında və inkişafı üçün burada çox böyük işlər görülür. Bunların tamamlanması üçün uğurlar arzulayıram”.