30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Rusiya arasında "Xanoba" gömrük postu istifadəyə verilib

17.03.2023

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postu istifadəyə verilib.

"DM"-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimindən əvvəl tədbir iştirakçıları Xaçmazda Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidəsi önünə əklil qoyublar.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş Nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər rəsmi şəxslər iştirak edib. Nümayəndə heyəti öncə Samur” və "Yaraq-Qazmalar” gömrük-keçid məntəqələrinə baxış keçirib.

Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.