07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİQQƏT: Noyabrın 9-u “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

08.11.2018

9 noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, 10 noyabr tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi də fəaliyyət göstərir.