04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid ailələri ilə bağlı yeni qanun layihəsi hazırlanıb

17.03.2023

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.

"DM" xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması, eyni zamanda şəhid adının əbədiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müvafiq qaydada dövlət qurumları ilə razılaşdırılaraq, aidiyyəti üzrə təqdim edilib. Qanun layihəsi qəbul edildikdən sonra digər normativ hüquqi aktlar, o cümlədən, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” qanuna uyğunlaşdırılaraq yenidən hazırlanacaq.