29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşalı həkimlərə Saakaşvilini müayinə etməyə icazə verilib

16.03.2023

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin bir qrup polşalı həkim tərəfindən müayinə olunmasına icazə verib.

Bu barədə "Radio Svoboda”nın jurnalisti Rikard Jozvyak məlumat verib.

Jozvyak adı açıqlanmayan Avropa İttifaqı rəsmilərinə istinad edib. "Polşanın həkim komandasına Saakaşvilini görməyə icazə verilib”, - deyə o, "Twitter” hesabında paylaşım edib.

Jozvyak qeyd edib ki, söhbət Saakaşvilinin Polşaya göndərilməsindən getmir, polşalı həkimlər onu Gürcüstanda müayinə edəcəklər.
Lakin polşalı həkimlərdən ibarət nümayəndə heyətinin bu ölkəyə nə vaxt gedəcəyi hələlik məlum deyil.

Mənbə: UNİAN