29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbi komissarın cəzası azaldılıb

16.03.2023

Rüşvətə görə tutulmuş Sabunçu rayon hərbi komissarlığının rəisi, polkovnik Rövşən Babayevin cəza müddəti azaldılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Polkovnikin həbs müddəti 4 ildən 3 ilə endirilib.

Qeyd edək ki, R.Babayev 2021-ci ildə vəzifə başında olarkən həbs olunub. Onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Məlum olub ki, o, 2016-2019-cu illərdə komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsinə şərait yaradıb. Bunun müqabilində 22 min 800 manat rüşvət alıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmişdi.