29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov və Mirzoyan arasında gələn həftə görüş olacaq

16.03.2023

Martın 20-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.

"DM"-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşündə ikitərəfli münasibətlər müzakirə olunacaq:

"Əlbəttə ki, Laçın yolu ətrafındakı vəziyyətin nizamlanması və ümumilikdə Qarabağ ətrafındakı vəziyyət daxil olmaqla regional problem, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi müzakirələrin mərkəzində olacaq. Ümid edirik ki, qarşıdan gələn görüş İrəvanla dialoqun keyfiyyətinin təkmilləşdirilməsinə və Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi işinə yardım edəcək”.