29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Allahşükür Paşazadə: Ermənilər Alban məbədlərini qriqoryanlaşdırıb

16.03.2023

İsveç və Niderlandda Quranın yandırılması və bu kimi neqativ faktlar sağlam cəmiyyətlər, Dünya Birliyi tərəfindən birmənalı olaraq, qınamalıdır.

"DM" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.

"Ermənistanın illər ərzində ölkəmizə və soydaşlarımıza qarşı etdikləri məlumdur. Xocalı və Ağdabanda törədilən insanlıq faciəsi sarsıdıcıdır. İşğal zamanı 67 məsciddən 65-i tamamilə dağıdılıb, kilsələrin mənşəyi təhrif edilib. Alban məbədləri qriqoryanlaşdırılıb. Qarabağ və Şərqi Zəngəzurdakı bu cür halların qiymətləndirilməsi üçün UNESCO-nu dəvət etsək də, gəlməyiblər", - o deyib.