25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Paşinyanın partiyası müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyib

16.03.2023

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi” partiyası parlamentdə müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsini dəstəkləməyib.

"DM" xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, parlamentin Xarici Əlaqələr Komissiyasının iclaslarında "Vətəndaş müqaviləsi”nin deputatları bitərəf qalıb.

Bəyanatın ilkin mətni ötən ilin dekabrında hazırlanıb, lakin səsvermə təxirə salınıb.