03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AMEA: Seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac var

16.03.2023

Türkiyədə baş vermiş zəlzələdən sonra apardığımız təhlillər zamanı ölkəmizdə seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu müəyyən etmişik.

"DM" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var:

"Biz seysmologiya üzrə yüksək elmi dərəcəli kadrların hazırlanması istiqamətində yüksək dairələrlə danışıqlar apararaq razılığa gəlmişik. Həmçinin gələn həftə seysmoloqlarımızın böyük bir hissəsi Türkiyəyə gedəcək və türkiyəli alimlərlə birgə tədqiqatlar aparacaqlar".