27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya İran və Çinlə üçtərəfli hərbi təlimlər keçirir

16.03.2023

Ərəbistan dənizində, İranın Çahbehar limanı yaxınlığında Rusiya, Çin və İranın "Dəniz təhlükəsizlik zolağı - 2023” üçtərəfli hərbi dəniz təlimləri başlayıb.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün Ərəbistan dənizinin sularında İran İslam Respublikasının Çahbehar limanı yaxınlığında Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri, Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri və İranın Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "Dəniz təhlükəsizlik zolağı - 2023” üçtərəfli hərbi dəniz təlimi başlayıb.”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, Rusiya tərəfini Şimal Donanmasının gəmilər dəstəsi – "Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov” freqatı və "Kama” orta dəniz tankeri təmsil edir.

Mənbə: TASS