28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elmi işçi: Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir

15.03.2023

Fransada öz inancınıza xas nəsə etsəniz, bu qeyri-qanuni sayılacaq.

"DM" xəbər verir ki, bunu Fransa Milli Mərkəzinin fəxri baş elmi işçisi Fransua Burqat İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda "Fransada islamofobiya” adlı plenar iclası zamanı deyib.

O, islamofobiya ilə mübarizə aparılmasının vacibliyini qeyd edib.

"Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. Bunun əsasən, bir neçə səbəbi var: birincisi, ehkamlar arasında çox banal, bəsit rəqabətdir. Amma Fransa artıq xristian cəmiyyət deyil. Biz yaxından baxanda görürük ki, müsəlmanlara qarşı nifrət nitqini ifadə edənlər inanclı xristianlar deyil. Digər səbəb isə, Fransadakı üslublu dünyəvilikdir. Amma mən inanıram ki, müsəlmanlar dominant ehkamlarından dönməyiblər. Onlar məhz müstəmləkə imperiyasının övladlarıdır", - o əlavə edib.