03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan hərbçiləri Qazaxıstana səfər edib

15.03.2023

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.

"DM" xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib