03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ƏƏSMN-nin səlahiyyətləri genişləndirilib

15.03.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.

"DM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-in vahid sistemindən çıxarılıb.

Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.