03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suren Papikyan istefa verməyəcəyini bildirib

15.03.2023

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirib.

"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

"Mən istefa verməyə hazırlaşmıram”, - o qeyd edib.

Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.

Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.